
Bu barədə şounun digər üzvü Nikol Kuznetsova özünün İnstaqram səhifəsində yazıb.
Kuznetsova İnstaqramda #ракдурак heşteqi açaraq Voskoboyevanın xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib.
“Sən sona qədər mübarizə apardın”, - ekstrasens yazıb.
Qeyd edək ki, Darya Voskoboyeva “Ekstrasenslərin döyüşü” şousunun 17-ci mövsümünün iştirakçısı olub. Həmin vaxt o, şounun finalına çıxaraq nəticədə 4-cü yeri tutmuşdu.