Daha bir məşhur xanım fəlsəfə doktoru imiş

Foto

159

 Daha bir məşhur xanım fəlsəfə doktoru imişAzərbaycanda daha bir məşhur xanımın elmi dərəcəsi varmış.
"Ölkə.Az"ın məlumatına görə, modelyer-dizayner Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb:
"Elmi rəhbərim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri, professor Kübra Əliyeva olub. 2013-cü ilin may ayının 29-da müdafiə etmişəm. Elmi işimin adı "Azərbaycan musiqi qruplarının geyim ənənələri" idi".
Qeyd edək ki, Gülnarə Xəlilova iki ildir Xəzər Universitetində "Fashion dizayn" fənnini tədris edir.