Məşhur şirkət cərimələndi

Foto

410

Məşhur şirkət cərimələndiBakıda sərnişin daşıma ilə məşğul olan şirkət cərimələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə marşrut xətti üzrə xidmət göstərən “Çinar-Trans” MMC qanunu pozduğu üçün məhkəmə tərəfindən cərimələnib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə ittiham edilib. Belə ki, MMC-nin avtobuslarından biri bir neçə gün öncə qəza törədib. Şirkət isə inzibati xətanın törədilməsi zamanı avtobusu idarə etmiş şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün keçməsinə baxmayaraq verməməsinə görə 300 manat cərimə edilib.

“Çinar-Trans” MMC qərardan narazı qalın və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılır.
Murad Əhməd