
Adalet.az xəbər verir ki, bu sözlər Xalq artisti Məleykə Əsədovaya məxsusdu. O, "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub. Veriliş zamanı xalq artisti keçmişdə çəkdiyi əziyyətlərindən beləcə, kədərlə danışıb. O, bildirib ki, on yeddi yaşında atasını itirib və hər şey də bundan sonra başlayıb...
Amma bu danışıqla camaatın "ağzını yığa bilməyəcəyini” fərqində deyil
Qeyd edək ki, Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov illər öncə belə bir açıqlama vermişdi:
"Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram. Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim".
Yeri gəlmişkən, 2014-cü ildə Məleykə xanım bu dəfə 150 minlik "Maserati Quattroporte” markalı avtomobilini nümayiş etdirib. Aktrisa evinin həyətində çəkdirdiyi həmin şəkili izləyicilərinin ixtiyarına buraxıb. Bizim millət də sevir də danışmağı... Danışmasaq çartlayarıq. Təcili sualllar yağdırılıb: Məleykə Əsədovanın aktrisa kimi qazancı ona 150 minlik maşın almağa imkan vermir. Ərindən boşandığından maşını ona həyat yoldaşının almadığı da məlumdur. Biz biləni biznesi də yoxdur. Belə də Məleykə Əsədovaya 150 minlik maşını kimin aldığı sualı yaranır. Bu zaman adətən sponsorlar yada düşür. Maralıdır, Məleykə xanımın sponsoru kimdir?
Sonda Xalq artisti bu yaxınlarda evini satlığa qoymuşdu. Qiyməti 3 miliyon dəyərləndirilən həmin evi yəqin ki, sənətçinin yaxşı şeir deməsinə görə hədiyyə veriblər..Əks halda 450-500 manat maaşla 3 milyonluq ev almaq üçün yemədən-içmədən 41 il maaşı üst-üstə yığmalısan. Məleykə xanım bizə hesabat vermək zorunda deyilsiniz.... Uğurlar!