
Axşam.az xəbər verir ki, aparıcı Sədaqətə ərə getməsi haqda suallar ünvanlayıb. İfaçı "Ərinə qulluq edə bilirsən? Nə olub aç de" sözlərinə belə cavab verib:
"Görəndə qulluq edirəm. Həyat yoldaşım başqa ölkədə yaşayır. Əvvəl Türkiyədə idi, indi ordan köçüb. Gec-gec görürəm".
Zaur Baxşəliyev isə "Ərindən yaxşı danışmadın, ürəyim açılmadı. Nəsə var" sözlərini söyləyib.
Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.