Məşhur müğənni həyat yoldaşından danışdı:"İcazə vermişəm kef eləsin"

Foto

261

Məşhur müğənni həyat yoldaşından danışdı:"İcazə vermişəm kef eləsin""Azəri star" yarışmasından tanınan müğənni Günel Məhərrəmli "Hər şey daxil" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, müğənniyə aparıcı Tarix Əliyev "Yoldaşınla nigahın olsa da ayrı qalırsız bu necə olur"? sualın ünvanlayıb.
Günel Məhərrəmli bildirib ki, yoldaşı Kiyevdə yaşayır:
"Yoldaşım Kiyevdə yaşayır. Keçən il getmişdim ora çıxdı məni qarşıladı. Üç gün bir yerdə olduq, yeməyə getdik. Yoldaşım orda oğlanlarla qalır. Səkkiz yaşında oğlum var , atasın çox istəyir. Ona görə ona sual verdim ki, nə düşünür bu barədə , nə vaxta kimi belə olacaq deyə. Mənə deyir işim gücüm burdadır artıq mənim. Nə vaxt orda yaşayışımı düzəldərəm onda da ora gedərəm. Mənə deyir sən gəl bura. Amma mən gedə bilmərəm oraya. Yaşlı anam var, övladım var, işimi burda qurmuşam. Ona görə alınmır. Ona icazə vermişəm getsin kef eləsin orda".