Sizin reklam burada
Sizin reklam burada

Kəbəyə hücumun yeni görüntüsü yayıldı - Video

Kəbəyə hücumun yeni görüntüsü yayıldı - Video1979-cu il noyabrın 20-də radikal islamçı qruplaşma tərəfindən Kəbəyə edilən hücumunun yeni görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər hücumun 40 illiyi ilə bağlı Səudiyyə mediası tərəfindən paylaşılıb.

Qeyd edək ki, 1979-cu il noyabrın 20-də özünü “Mehdi” kimi təqdim edən Məhəmməd ibn Abdullah əl-Kahtani və Cuheyman əl-Uteybinin rəhbərlik etdiyi silahlı qruplaşma (Yeni İxvan) səhər saatlarında Kəbəni ələ keçirib. Hökumət qüvvələri ilə terrorçular arasında 2 həftə gedən döyüşlər nəticəsində 117 Səudiyyə əsgəri, 127 terrorçu və ərazidə olan 26 mülki şəxs həlak olub. Cuheyman və Yeni İxvanın ələ keçirilən 63 üzvü isə sonradan edam olunublar.

  • Sosial şəbəkədə paylaş