Sizin reklam burada
Sizin reklam burada

Yeni sosial şəbəkə yaradıldı

Yeni sosial şəbəkə yaradıldıHazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir.

"Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

Bu barədə "Financial Times"a istinadən xəbər verilir.

Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad olacaq. Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır. (Report)

  • Sosial şəbəkədə paylaş