"Sən kimsən məni ruhdan salırsan?" - Təşkilatçıdan Haşımovaya hörmətsizlik

Foto

173

"Sən kimsən məni ruhdan salırsan?" - Təşkilatçıdan Haşımovaya hörmətsizlikƏməkdar artist Aybəniz Haşımova "Şou ATV" verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, müğənni sənət aləmində son vaxtlar baş verənlərdən danışıb. O bildirib ki, bayağı mahnılar get-gedə daha aktual olub:

"Səhnənin qanunları var. Düşündüyümüzü, ürəyimizdən hər keçəni söyləməməliyik. Niyə mənim Fərid Məmmədov kimi tələbəm başqa ölkədə fəhlə işləməlidir. Gedib başqa ölkədə qala bilmərəm. Mənim meyidim gedər başqa ölkəyə. Mənim mədəniyyətimi bu günə qoymayın. Bu nə biabırçılıqdır? Efirlərə buraxılan mahnılar nədir? Demirəm, yenilik olmasın. Özüm də tələbələr yetişdirirəm. Bayağı oxuyanların içində mənim də keçmiş tələbələrim var. deyirəm, bu nədir oxumusan? Qayıdır ki, başqa mahnı oxuyanda, efirə çağırmırlar, toya aparmırlar. Pulun dalıyca qaçmayın, qoyun, ruzi gəlib sizi tapsın".

Haşımova solo konsertə hazırlaşdığını və ondan sonra səhnədən gedəcəyini deyib:

"Konsert boyunca oxuyacam, sonra isə son sözümü deyəcəm. Məndən inciməsinlər, amma qəlbim qırılıb. Hətta ola bilsin deyim ki, mənim səsimi heç yerdə verməyin, istəmirəm Aybəniz Haşımovanı eşidim. Son şeirimi yazmışam, bütün karyerama son verəcək.

Yeni nəslin sonu nə olacaq? Efirdə elə musiqilər təqdim olunur ki... Efirlər heç bir gərəyi olmayan musiqilərə üstünlük verir. Dəniz coşanda görürsüz nə edir? Baxın, mənim ürəyim elədir. Gəncədə doğulmuşam, Bakıda atadan-anadan ayrı qaldım. Bir otaqda oturub, çalışdım ki, peşəkar musiqi təqdim edim. Bütün efirlər qeyri-peşəkar musiqilərlə doludur".

Müğənni bir təşkilatçının ona qarşı etdiyi hadisəni bölüşüb:

"Sənətkarın dəyəri statusuna görə ölçülmür. Neft daşlarına tədbirə getmişdik. Xanım təşkilatçı idi. Məndən elə xahiş etdi ki... Son beş ildə yüksək təzyiq tapmışam, həkim nəzarətindəyəm. Uzun yol gedə bilmirəm. Gəmi məni pis hala qoymuşdu. Çatanda, bizi yerləşdirməlidilər ki, dincəlib, sabah çıxış edək. Təşkilatçı qayıdır ki, birinci Xalq artistlərini, sonra Əməkdar artistləri yerləşdirin. Orada olan Xalq artisti ömrüboyu toylarda, toy mahnısı oxuyub. Sən sənətə, musiqiyə canını fəda edənləri ruhdan salmaq istəyirsən. Sən kimsən məni ruhdan salmağa çalışırsan?".