Sizin reklam burada
Sizin reklam burada

“Apple” ucuz “iPhone” təqdim edəcək

“Apple” ucuz “iPhone” təqdim edəcək“Apple” korporasiyası 2020-ci ilin əvvəlində “iPhone SE 2” smartfonunu təqdim edəcək. Bu haqda tanınmış analitik Min-Çi Ko deyib.
“iPhone” 8 korpusunda təqdim ediləcək smartfon texniki xüsusiyyətlərinə görə “iPhone 11” cihazına yaxın olacaq: “A13” prosessoru, 3 QB əməli yaddaş və 64/128 QB daşıyıcı. Telefon “3D Touch” texnologiyasını dəstəkləməyəcək. Aparat 3 rəngdə (qara, ağ və qırmızı) əlçatan olacaq.

2020-ci ilin birinci yarısında sözügedən aparatın satışına başlanılacaq. Minimal konfiqurasiya ilə təchiz edilmiş versiyanın qiyməti 400 dollar təşkil edəcək ki, bu da “iPhone 8” aparatının indiki qiymətindən 50 dollar ucuzdur.

Orijinal “iPhone SE” aparatı 2015-ci ildə təqdim edilib, bu aparatın istehsalı “Xs” cihazının təqdim edilməsindən sonra dayandırılıb. Smartfon indiyədək şirkət tərəfindən dəstəklənir və hazırda “iOS” sisteminin son versiyası sözügedən aparat üçün əlçatandır.

  • Sosial şəbəkədə paylaş