Cavid Cəfərzadə: “ “Səfillər”i çox böyük ədəbi nümunə hesab edirəm”

Elm

791

Cavid Cəfərzadə: “ “Səfillər”i çox böyük ədəbi nümunə hesab edirəm”
Müsahibimiz CRG tədris mərkəzinin direktoru, “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin sədr müavini Cavid Cəfərzadədir.
Qonağımız öncə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bağlı təbriklərini dilə gətirdi. Xalqımıza 2019-cu ildə yeni-yeni uğurlar, sülh, əmin-amanlıq arzuladığını bildirdi.
- Hansı sahədə zəiflik hiss edirsiniz tam səmimi etiraf edin...
- (gülür) Təbii ki, insanın zəif yönləri, zəif bildiyi sahələr mövcuddur. Yəni desəm ki, hər hansı bir sahədə zəiflik hiss etmirəm, bu bir az gülünc səslənər. Ancaq onu deyə bilərəm ki, mən daim öz üzərimdə işləməklə hansı sahədə zəif olduğumu hiss edirəmsə, onları bərpa etməyə çalışıram. Bu məsələyə mənim fərqli bir yanaşmam var. Bu əsnada həmişə düşünürəm ki, ilk öncə özümüzə inam hissini artırmalıyıq. İnsanın özünə inamı güclü olmalıdır. Mən özümə inanıram. Ona görə də şübhə etmirəm ki, mənə həvalə edilən bütün işlərin öhdəsindən layiqincə gələcəyəm.
- Sonuncu dəfə nə zaman kinoya getmisiniz?
Çox istəyirəm kinoteatrlara getmək. Kino böyük mədəniyyətdir. Burda ayrı-ayrı mədəniyyətlərin inteqrasiyası da həmçinin özünü göstərir. Təəssüf ki, işlərimlə əlaqədar kinoya mütəmadi gedə bilmirəm. Axırıncı dəfə 6 ay bundan əvvəl getmişəm.
- Ümumilikdə milli filmlərə baxmağı sevirsinizmi?
Bəli. Əsasən retro filmlərə baxmağa daha çox üstünlük verirəm. Ancaq müasir filimlər də heç pis deyil. Dövlət başçısı tərəfindən bu sahəyə xüsusi diqqət var.
- Yeni filmlərdə bəymədiyiniz cəhətlər...
Əsasən süjet xəttinin zəif olması. Bir də indiki filmlərə bir dəfə baxandan sonra ikinci dəfə baxanda zövq ala bilmirsən. O qədər də dərin çalarları əks etdirə bilmirlər sanki müasir filmlərdə. Bu qədər vəsait ayrılır, bu qədər aktyor ansablımız zənginləşib, amma kinomuz məzmun və formaca inkişafdan qalır sanki. Filmlərimizin səsləndirilməsi isə həddən artıq bayağı alınır. Bu məqamlara diqqət yetirsəydi rejissorlarımız milli filmlərimiz də öz şöhrətini qoruyub saxlayardı məncə...
-10 ildən sonra özünüzü harda görürsünüz?
(gülür). Təhsil Nazirliyində.
- Bilirik ki, işləriniz çoxdur. Ancaq buna baxmayaraq ailənizə necə diqqət ayırırsınız?
Əslində, bu bütün zamanların sualıdır. Onu deyə bilərəm ki, işlərim çox olsa da, ailəmə diqqət ayırıram. Onlarla birgə vaxt keçirmək mənim üçün ən gözəl istirahətdir.
- Övladlarınız hansı yaşdadır?
-İki övladım var. Bir oğlum, bir qızım. Oğlumun 7 yaşı var. Birinci sinifdə oxuyur. Qızımın isə 4 yaşı var.O hələ baxçaya gedir.
- Axrıncı dəfə hansı bədii kitabı oxumusunuz?

- Viktor Hüqonun “Səfillər” əsərini. Çox oxumuşam bu kitabı. Bu kitabı təkrarən oxumaq belə mənə xüsusi zövq verir. Onu çox böyük ədəbi nümunə hesab edirəm.
-Ən çox yerli, yoxsa xarici musiqiləri dinləyirsiniz?
-Ən çox yerli və türk musiqilərini dinləyirəm.
- Keçmişə qayıtmaq istəsəniz hansı illərə qayıdardınız?
- Keçmiş illərim mənim üçün çox gözəldir. Bu suala cavab verməkdə çətinlik çəkirəm. Əslində o gözəl çağlarımı seçib-fərqləndirmək çətindi məndən ötrü.
- Gələcəkdə övladlarınızın hansı peşəni seçməsini istərdiniz?
- Oğlumun polis, qızımın isə həkim olmasını istərdim. Amma təbii ki, onların seçimlərinə hörmətlə yanaşacağam.
- İdealınız kimdir?
- Atam. Onun kimi sədaqətlə bu Vətənə və millətə xidmət etmək istəyirəm.
- Həyatınıza dair bir film çəkilsə adın nə olmasını istərdiniz?
- Maraqlı sualdır. Heç bu haqda fikirləşməmişəm.
- Azərbaycan televiziyasının indiki durumu haqqında nə deyə bilərsiniz?
- İstəyərdim ki, təhsilə, elmə, ciddi məsələlərə daha çox yer versinlər. Şouçuluq da lazımdır ki, insanları əyləndirsinlər. Ancaq o da əndazədə olsa daha dəyərli olardı.

Conflict.az