Belə salavat deyin: Allahummə salli əla Məhəmmədin və Ali Məhəmməd

Elm

565

Belə salavat deyin: Allahummə salli əla Məhəmmədin və Ali MəhəmmədAllah və mələkləri Peyğəmbərə salavat göndərirlər, ey mö᾽minlər (siz də) ona salavat və salam göndərin. (Əhzab surəsi, ayə 56).





Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyacı olduğu üçün deyildir, necə ki, Allahın salavatından sonra mələklərin də belə salavatına ehtiyac yoxdur. Amma salavat bizim Peyğəmbərə (s) qarşı olan dərin ehtiram və məhəbbətimizi bildirmək üçündür. Həmçinin bu əməl bizlərə savab qazanmaq üçün böyük imkan yaradır.







Mənə naqis salavat deməyin. Həzrətdən, Ya Rəsulallah, naqis salavat nədir? soruşduqda, buyurdu: Allahummə salli əla Məhəmməd söyləməyinizdir.




Halbuki, belə söyləməlisiniz - Allahummə salli əla Məhəmməd və əla Ali Məhəmməd







Hər kim mənə çoxlu salavat göndərər, ölümün və can verməyin acısından amanda olar







Hədislərdə oldugu kimi, əgər müsəlman salavatı davamlı olaraq deyərsə, xüsusilə də cümə günlərində - salavat ona Qiyamətdə şəfaət verər. Həmçinin çoxlu salavat göndərmək həmin insanı Qiyamət günü Həzrət Peyğəmbərə s.a.s. yaxın olan insanlardan edər. Allah hər tərəfdən o insana nur saçar. Qiyamət günü 70 hacəti yerinə yetər. Onu İlahi ərşin kölgəsində qərar verər. Həmçinin bu salavat sayəsində əməlləri Qiyamət günü çəkidə ağır gələr və ən yaxşı əməl hesab edilər.







Həzrət Peyğəmbər (s) buyurur: Üç insan Qiyamət günü İlahi ərşin kölgəsində olacaqdır:



O kəs ki, ümmətimin qəmini aradan aparar, o kəs ki, mənim sünnətimi dirçəldər, o kəs ki, mənə çoxlu salavat göndərər.







Mənim adım zikr olunan zaman mənə salavat göndərməyən adamlar paxıldır.







Mənə çoxlu salavat göndərin. Çünki mənə salavat göndərmək göndərən üçün qəbirdə, Siratın yuxarısında və behiştdə nurdur.







O kəs ki, mənə salavat göndərər, atəşə daxil olmaz. Hər kim mənə salavat göndərməyi unudarsa, behişt yolundan yanlış yola gedər







Hər kim mənə bir dəfə salavat göndərsə, Allah ona on dəfə salavat göndərər







namazda deyilən salavat:



Peyğəmbər (s) buyurdu: De, Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd kəma səlləytə əla İbrahimə, İnnəkə həmidun məcid.