Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi

Elm

691

Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqiŞeytanın insana nüfuz etməsi insanın özündən asılıdır. Şeytan insanın yardımı olmadan ona nüfuz edə bilməz. Allah Təala buyurur ki, şeytan sizi elə yerdən görür ki, siz onu görmürsünüz və ancaq o kəslərin rəhbəri olur ki, Mənə iman gətirməyiblər.

Nəfsi-əmmarə insan ruhunun və nəfsinin müəyyən bir mərtəbəsidir. İnsan tərəqqi edə bilmədiyinə görə nəfsi elə bir dərəcədə olar ki, onu pisliyə və çirkinliyə tərəf dəvət edər. Ağlına itaət etməz.

Nəfsi-ləvvamə də nəfsin bir mərtəbəsidir. Yəni, insan nəfsi bəzən əmmarə olur və bəzən də ləvvamə.

Şəhid Mütəhhəri deyir: "Belə deyildir ki, insanın özündən ayrı bir neçə "özü” olsun. Bir işi nəfsi-əmmarə görsün və başqasını nəfsi-ləvvamə. Xeyr, insan nəfsi bəzən alçaq həddə olar və həmin həddə ağıla tabe olmur, ona görə də adı nəfsi-əmmarədir. Həmin nəfs yuxarı dərəcələrdə gözünü açar və daha ayıq olar. Olar nəfsi ləvvamə və özü-özünü danlayar. Əgər iki dənə olsaydı, o zaman danlamağın mənası olmazdı. Özü pis iş görər və sonra da özü-özünü danlayar. Özü həm qazi olar və həm də məhkum. Nəfsi mühakimə etməyin mənası da budur. Allah insana elə bir ruh vermişdir ki, özü-özündən hesab çəkər. Nəfsi-əmmarə həmin nəfsi-ləvvamədir. Nəfsi ləvvamə də həmin nəfsi mütməinədir. Lakin onların dərəcələri fərqlidir. Dərəcələr isə ona görə olur ki, insan nə qədər diqqətlidir, agahdır, imana və yəqinliyə nə qədər çatıbdır”.

Lakin şeytan ayrı bir varlıqdır ki, xaricdə həyat sürür. Şeytan cinlərdəndir. Cinlər də atəşdən xəlq olunmuşdur. Cinlər də insanlar kimi təklif əhlidir, yəni onlar da dini vacibatları yerinə yetirməkdə iradə sahibidirlər. Ona görə də deyə bilərik ki, şeytan cismə malik olan bir varlıqdır.
Şeytan adətən insana təsir etmək üçün idrak qüvvəsini təhrik edər. Əgər batinimizdə şeytanı qəbul etmək istəməsək, o, bizə nüfuz edə bilməz. Quran ayələri də buyurur ki, şeytan yalnız o zaman insana nüfuz edə bilər ki, insan ona yardım etsin. "Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik»”. ("Əraf” 27).

"Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. ("Zuxruf” 36).

«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!». ("Hicr” 42).