İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU

Elm

2 724

İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDUHicrətin 4-cü ili, Şaban ayının 3-də Mədinədə İmam Əli (ə) ilə Həzrət Fatimənin ikinci oğulları dünyaya gəlir. Uşağın adını Hüseyn qoyurlar Məhəmməd Peyğəmbər (s.ə.s) oğlan nəvəsinin doğum xəbərini eşidən kimi, tələsik qızının evinə yollanır. Əziz Peyğəmbərimiz sevgidolu baxışlarla körpəyə baxıb sağ qulağına Azan, sol qulağına İqamə oxuyur.
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
Bəzi rəvayətlərə görə, bu uşaq anadan olanda mələk Cəbrail Həzrəti Məhəmmədə (s.ə.s) nazil olub belə deyir: "Salam olsun sənə, ey Allahın Rəsulu! Bu körpəyə Harunun kiçik oğlunun adını qoyun (ərəb dilində bu ad Hüseyn kimi səslənir-red). Çünki Əlinin sənə nisbəti Harunun Musa Peyğəmbərə (ə) nisbəti kimidir; bir fərqlə ki, səndən sonra Peyğəmbər olmayacaq." Körpə Hüseynin (ə) doğumundan 7 gün keçəndə Həzrət Fatimə (ə) qurban kəsir və sədəqə paylayır.
BABASININ SEVİMLİSİ
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
Həzrəti Hüseynin 6 yaşı tamam olanda babası Həzrəti Məhəmmədə (s.ə.s) haqq dünyasına qovuşur. Sevimli Peyğəmbərimiz Həzrət Hüseyni, onun böyük qardaşı Həzrət Həsəni çox istəyirdi, əzizləyirdi. Bir gün Peyğəmbərimizdən (s.ə.s) ailəsində ən çox kimi sevdiyini soruşanda, Allahın Rəsulu "Həsən ilə Hüseyni",-Deyərək cavab verir. Peyğəmbər (s.ə.s) həmişə onları öpüb-qucaqlayırdı. Bir dəfə isə babaları sevimli nəvələrini çiynində otuzdurub belə deyir:"Həsənlə Hüseyni sevən hər kəs məni sevir, onlarla düşmənçilik edən hər kəs mənimlə düşmənçilik edir." Hətta bir gün Peyğəmbərimiz (s.ə.s) Həzrəti Hüseyni dizi üstündə oturdub onu öpür və belə deyir:"Sən İmamsan, İmamın oğlu Və İmamların atasısan. Sənin nəslindən doqquz İmam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunan Mehdidir."
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
ÜÇÜNCÜ İMAM
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
Həzrəti Hüseyn (ə) sevimli babasını itirəndən sonra, atası Həzrət Əli (ə) ilə yaşayır. O, atasının bütün çətinliklərinə şərik olurdu. İmam Əlinin (ə) xəlifə olduğu illərdə Həzrəti Hüseyn (ə) fədakar əsgər kimi İslamı müdafiə edir, haqq naminə zalımlarla mübarizə aparırdı. İslam tarixində baş verən Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o, atası və qardaşı ilə çiyin-çiyinə düşmənə qarşı döyüşüb. İmam Əlinin (ə) ölümündən sonra Həzrəti Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) rəhbərliyi altında çalışıb. Miladi Təqvimilə 670-ci ildə (hicri təqvimlə 50-ci ildə) İmam Həsən (ə) qətləyetirilir. Beləliklə, də Həzrəti Hüseyn (ə) böyük qardaşının ölümündən sonra 44 yaşında rəhbər və İmam məqamına sahib olur.
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
İMAM HÜSEYN - TARİXDƏ O BİR İZ QOYDU
O, İslam tarixində 12 Məsum İmamın üçüncüsüdür.
FƏDAKARIN QABARLARI
Maraqlıdır, görəsən, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi necə xüsusiyyətlərə malik olub? İmam Hüseyn (ə) öz mərdliyi, səbri, Allaha olan sevgisi ilə seçilirdi. O, bütün həyatını babası Peyğəmbərin (s.ə.s) dediklərini cəmiyyətdə bərqərar etməyə sərf edib. Hüseynin çox gözəl bir sözü var:"İnsanın dəyəri-Cənnətdir. Ona görə özünüzü başqa qiymətə satmayın. Kim yalnız bu dünya ilə kifayətlənir, o, aşağı qiymətə özünü satıb". İmam Hüseyn (ə) gecə namazlarında uzun səcdələrdə Allahına dualar edərdi. Tez-tez qardaşı İmam Həsənlə (ə) Həccə piyada getməyi sevərdi. İmam Hüseyn (ə) hər zaman xalqla sadə, mehriban davranıb, özünü adi insanlardan heç vaxt ayırmayıb. Onun nə sarayları, nə də ki xidmətində duran qulluqçuları var idi. O, insanların qayğıları ilə yaxından maraqlanır və Allah yolunda onlara yardım etməyə can atırdı. Tarixə məlum olduğu kimi, İmam Hüseyn (ə) ədalət uğrunda dəhşətli şəkildə qətlə yetirilir. İnsanlar onun ölü bədəninə baxanda, çiyinlərində çoxlu qabarların olduğunu görürlər. Bunun səbəbini İmam Hüseynin (ə) oğlu İmam Zeynal-Abidin (ə) belə izah edirdi: "Atam gecələr kimsəsizlərə, yetimlərə torbalardayemək daşıyırdı".
DİLƏNÇİLƏRİN DOSTU
Bir gün İmam Hüseyn (ə) küçə ilə gedəndə bir dəstə dilənçi görür. Onlar quru çörək yeyirdilər. İmamı görən kimi onu da Allah verəndən yeməyə çağırırlar. İmam Hüseyn (ə) təklifi qəbul edib belə deyir:"Həqiqətən də, Allah yekəxana insanları sevmir".
Yeyib-qurtarandan sonra İmam üzünü dilənçilərə tutub belə bir təklif verir: "Mən dəvətinizi qəbul etdim, indi isə siz mənim dəvətimi qəbul edin". Dilənçilər İmamla birgə onun evinə gedirlər. İmam Hüseyn (ə) evində olan yeməyi qonaqlarına yedizdirir. O, isti, mehriban qəbulu ilə ətrafdakılara gözəl nümunə göstərir. İmam hər Zaman belə tövsiyə edərdi:"Məzlumlara, yəni Allahdan başqa ümid yeri olmayanlarla ədalətsiz davranmayın!".
islam peyğəmbəri Bədr ühüd Xəndək və Hüneyndə döyüşürdüsə digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə kafirlərlə sülh bağlayır. müvəqqəti olaraq döyüşdsən əl çəkir və bu yolla İslamın inkişafına ərait yaradırdı.Peyğəmbərin (s.ə.s) Bəni-Zəmrə və Bəni-Əşcə eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.Buna əsasən İslam Peyğəmbərin (s.ə.s) o günlər bəziləri üçün məlum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı İmam Həsən (ə) də Allahı tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi.Buna görə də özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.Bumövzu (İmam Həsənin (ə) sülhü) pis mənada başa düşmələmlidir.Əksinə o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (s.ə.s)(hüdeybyyə sülhümdə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.İndi isə İmam Həsənin (ə0 sülhünün səbəblərini və onun taruixi əhəmiyyətini yaxşı anmlamaq üçün tarixi səhifələməli və bu məsələni əsastarixi faktlara istinad edərək araşdırmalıyıq.qısa olaraq deməliyik ki əslində İmam həsən(ə) öz istəyi ilə sülh etmədi əksinə o sülh etməyə məcbur oldu. Yəni vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki sülh etmək İmam Həsənə (ə) üçün zəruri bir məsələyə çevrildi və o Həzrətə sülh etməkdən savayı başqa bir çarə görmədi.Belə ki kimo Həzrətin yerində olub həmin şəraitdə olsaydı sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökümətinin həm xarici şəraiti həmn də İraqın daxili vəziyyəti və habelə ordunun döyüşə hazır olmamazlığı müharibəni davam etdirməyə imkan vermirdi .indi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.O Vaxtki xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların birbiri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi.


Conflict.az