
Amma bəzi hədislər zaman-zaman bir qisim insanlar tərəfindən düzgün mənada anlaşılmamış, onlara ziddiyyətli və bəzən həqiqətə əks olan izahlar verilmişdir. Dindən sui-istifadə edən qüvvələr bu hədislərə öz istədikləri şəkildə şərh verir, öz məqsədlərini həyata keçirmək üçün müqəddəs kəlamları istismar edirlər. Bunu nəzərə alaraq hesab edirik ki, müqəddəs kəlamların həqiqi mənasını insanlara çatdırmaq, təhrifləri aradan qaldırmaq və sui-istifadələrin qarşısını almaq xüsusi əhəmiyyət daşıyan məsələlərdir.
Düzgün şəkildə təqdim edilməyən, təhrif olunan mövzulardan biri də insan həyatında ibadətin rolunu əskiltmək cəhdləri ilə bağlıdır. “İbadət etmək vacib deyil”, “bizim namazımıza Allahın ehtiyacı yoxdur”, “təki adamın ürəyi təmiz olsun”, “mən ibadətdən daha mühüm işlərlə məşğulam” məntiqi ilə çıxış edən şəxslər bu yolda hətta məsumların hədislərini də qərəzli şəkildə istismar etməkdən çəkinmirlər. Və bu zaman ən çox istinad etdikləri sübutlardan biri də “bir saat elm öyrənmək yetmiş illik ibadətdən daha üstündür” mənasını verən hədislərdir.
Qeyd edək ki, dini mətnlərimizdə elm və təfəkkürü, eləcə də, digər əməl və davranışları ibadətdən üstün dəyərləndirən xeyli hədislər mövcuddur. Doğrudur, xalq içində məşhur olmasına baxmayaraq, “bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən daha üstündür” şəklində hər hansı səhih və mötəbər hədisə mənbələrdə rast gəlmirik. Lakin bu mənaya yaxın olan başqa hədislər vardır ki, onlardan bəzilərini nümunə kimi aşağıda qeyd edirik.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur:
“Elmin fəziləti mənim üçün ibadətin fəzilətindən daha sevimlidir” (Bəsairüd-dərəcat, 3-cü cild, səh. 7).
“Az elm çox ibadətdən daha xeyirlidir” (Məhəccətül-beyza, 1-ci cild, səh. 22).
“Elm öyrənmək Allahın nəzdində namazdan, orucdan, həcdən və Allah yolunda cihad etməkdən üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1902).
“Bir saat elm öyrənmək gecə (ibadət edərək) oyaq qalmaqdan üstündür. Bir gün elm öyrənmək üç ay oruc tutmaqdan üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1903).
Bir qrup hədislərdə isə düşünmək və təfəkkürlə məşğul olmaq ibadətlə müqayisə edilir və üstünlük təfəkkürə verilir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: “Bir saat düşünmək min illik ibadətdən yaxşıdır” (Misbahüş-şəriə, səh. 114).
Hər şeydən əvvəl bunu aydınlaşdırmalıyıq ki, bu hədislərdə elm və təfəkkür deyilərkən nə nəzərdə tutulur? İbadətdən qat-qat üstün olan hansı elm və hansı düşüncədir? Öyrənilən hər elm və beyni məşğul edən hər düşüncə bura aiddirmi?
Bu sualın da cavabı hədislərdə vardır. Məsumlarımız öz kəlamlarında ibadətdən üstün dəyər verdikləri elm və təfəkkürün nədən ibarət olduğunu bəyan etmişlər.
İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyətində buyurmuşdur: “Heç bir ibadət Allahın yaratdıqları barədə düşünmək kimi (fəzilətli) ola bilməz” (Biharül-ənvar, 71-ci cild, səh. 324).
İmam Cəfər Sadiq (ə) buyurub: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə ardıcıl düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).
İmam Rzadan (ə) rəvayət edilib: “İbadət namazın və orucun çoxluğunda deyil. İbadət Allahın işləri (qüdrəti, yaratdıqları) barədə düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).
Göründüyü kimi, burada insanı Allaha doğru aparan, insanın imanını möhkəmlədən, yəqinini artıran biliklər və düşüncələr nəzərdə tutulur. İnsanı günaha sürükləyən, eləcə də, yalnız dünya ehtiyaclarına cavab verən, imanına, axirətinə fayda yetirməyən elm və təfəkkürü bura aid etmək olmaz. Allahın qüdrəti və ayətləri (nişanələri, əlamətləri) barədə düşünmək insana iradə möhkəmliyi, aramlıq gətirir, onu günahların qarşısında mətin edir, Allahdan başqa heç bir qüvvənin qarşısında əyilməyə qoymur. Diqqət yetirilməli məsələ budur ki, hədislərin hər birində düşüncənin qısamüddətli olması deyil, ardıcıl və davamlı olması şərt qoyulur. İnsan yalnız çətinliyə düşəndə, problemdən çıxış yolu axtaranda deyil, xoş vaxtlarında da Allah barədə düşünməlidir...EƏslində hər cür elm və təfəkkürün deyil, yalnız insanın imanına və axirətdəki halına faydası olan elm və təfəkkürün ibadətdən üstün olduğunu məsumlarımızın çoxsaylı başqa hədislərindən də anlaya bilərik. Belə ki, Peyğəmbərimizə (s) aid edilən hədislərin birində buyurulur: “Elm ibadətdən üstündür və dinin əsası vərədir” (Nəhcül-fəsahə, səh. 580, hədis 2016). Ərəb dilindən tərcümədə “vərə” “çəkinmək, uzaq olmaq” mənasını verir. Əxlaq alimləri qeyd etmişlər ki, vərə günaha düşməmək naminə şübhəli olan hər bir şeydən uzaq olmaq deməkdir. İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, vərə insanı günahdan çəkindirən ən yaxşı vasitədir. Göründüyü kimi, Allahın Rəsulu elmin ibadətdən üstün olduğunu bəyan etdikdən dərhal sonra dinin əsasının vərədən ibarət olduğunu vurğulayır. Vərəsi olan şəxs əlbəttə ki, ibadəti tərk etməz, çünki ibadəti tərk etməyin günah olduğunu bilir.
Təfəkkür barədə hədislərə gəlincə, burada İmam Cəfər Sadiqdən (ə) bir misal çəkmək yerinə düşər. Səhabələrdən biri İmam Sadiqdən (ə) soruşdu ki, camaat (Peyğəmbərdən bu hədisi) rəvayət edir: “Bir saat düşünmək gecə (ibadətlə) oyaq qalmaqdan daha üstündür”. Burada nəzərdə tutulan təfəkkür necə olmalıdır, nə barədə düşünməliyik? İmam (ə) cavab verdi: “(Burada deyilən təfəkkür budur ki), bir xarabalığın yanından keçəndə baxıb deyəsən: “Haradadır sənin içində yaşayanlar? Haradadır səni tikənlər? Niyə danışmırsan?” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).
Bu hədisdə dünyanın ötəri olması, ölümün labüdlüyü barədə düşünmək tövsiyə edilir. Bu cür düşüncə ibadətlə müqayisə edilməyə layiqdir.
Qurani-Kərimin ayələrində də düşüncə və təfəkkürün vacibliyi dönə-dönə vurğulanır: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191). Ayədən bir daha aydın olur ki, göylərin və yerin yaradılması barədə düşünməyin məqsədi budur ki, sonda insanın imanı artsın, insan Allaha daha çox bağlansın, Onun hüzurunda acizliyini etiraf etsin, bu dünyanın bir gün sonunun çatacağına yəqin etsin və öz axirətini fikirləşsin.
Bunu da diqqətdən qaçırmamalıyıq ki, hədislərdə elm və təfəkkürlə müqayisə edilən, ondan aşağı dəyərləndirilən ibadət əslində elm və mərifətsiz, kor-koranə yerinə yetirilən ibadətdir. Ata-babadan gördükləri ənənə ilə, mənasını anlamadan, yalnız cəhənnəm qorxusu və ya cənnət tamahı ilə ibadət edənlərin itirdikləri vaxt əlbəttə ki, elm və mərifətlə yaşanan saat qədər dəyərli ola bilməz. Fikri dünyada ikən namaz qılmaq, gözü saatda iftar vaxtını gözləyərək oruc tutmaq, yolda səfər yoldaşlarını incidərək həccə getmək... Bunlar formal olaraq ibadət sayılsa da, əslində ibadət adını daşımağa layiq deyil.
Əgər insan bu hədislərdə buyurulan elmi öyrənsə, bu hədislərdə təşviq edilən düşüncələrə məşğul olsa, əgər ibadəti yoxdursa, bu elm və düşüncə onu mütləq ibadətə gətirib-çıxaracaq; əgər ibadəti varsa, bu elm və düşüncə onun ibadətinin keyfiyyətini artıracaq. Yəni Allahın qüdrəti, yaratdıqları, dünyanın nizamı, axirətin həqiqəti barədə layiqincə, imamların istədiyi kimi düşünən insanın ibadətə arxa çevirməsi mümkün deyil. Bu mənada həqiqi elm və təfəkkür heç zaman ibadətdən kənar təsəvvür edilə bilməz.
Elm və düşüncənin səviyyəsi, dərəcəsi artdıqca insanın ibadətinin də keyfiyyəti artır. Elmin və düşüncənin müəyyən səviyyədə olması insanı haramlardan çəkindirib, vaciblərə sövq edir. Elm və düşüncə fəzası genişləndikcə, insan məkruhatdan uzaqlaşır, müstəhəblərə bağlanır. Aşağıdakı hadis də bunu təsdiq edir. Rəvayət edirlər ki, alimlərdən biri gecə namazı qılmaq üçün qalxır və oğlunu da səsləyir. Amma oğlu “qalxıram, ata” deyib, yatağında qalmağa davam edir. Bir müddət keçir, ata yenə oğlunu namaza dəvət edir. Oğlu bu dəfə də atanın səsinə hay verir, amma yerindən tərpənmir. Ata üçüncü dəfə oğlunu çağıranda oğlu deyir: “Ata, bir saat təfəkkür etmək gecə ibadətindən üstündür. Mən də yatağımda təfəkkürlə məşğulam”. Ata qəzəblə cavab verir: “O təfəkkürün məqsədi adamı gecə namazına sövq etməkdir. Əgər sən təfəkkür edib gecə namazından uzaqlaşırsansa, demək, təfəkkürün istiqaməti düz deyil!”
Təfəkkürsüz və mərifətsiz ibadət insanı düz yola və xoşbəxtliyə çıxara bilməz. Necə ki, ibadətsiz və bəndəliksiz təfəkkür də buna qadir deyil. Kərbəla səhrasında Hürrün vəziyyətini təsəvvür edin. Nə qədər ki agahlığı yox idi, düşüncəsini işə salmamışdı, namaz qılsa da, batilin tərəfində idi. Amma düzgün istiqamətdə təfəkkür etdikdən sonra haqqı tapdı, zülmətdən xilas oldu, hidayətə qovuşdu. Hürrün timsalında görürük ki, həqiqətən, təfəkkür və agahlıq olmadan edilən ibadət faydasızdır.lm və düşüncəni ibadətdən üstün təqdim edən hədislərə ötən məqalələrdə münasibət bildirmişdik. Bu məqalədə məsələyə fərqli müstəvidən nəzər salmağa çalışacağıq.
Bəziləri belə güman edirlər ki, müxtəlif variantlarda məlum olan və möhtəvası “elm (və ya təfəkkür) ibadətdən əfzəldir” mənasını ifadə edən hədislərdə ibadətin lazımsızlığı vurğulanıb. Guya bu hədislər elm öyrənməyi və düşünməyi ibadətin əvəz edicisi kimi tanıtdırır. Bəzi qüvvələr qərəzli şəkildə bu istiqamətdə təbliğat aparır, elm və təfəkkür olan yerdə ibadət tələb olunmadığını insanlara təlqin edirlər.
Halbuki, aydın məsələdir ki, iki məhumun bir-biri ilə müqayisəsi və birinin üstün sayılması heç də həmişə onu ifadə etmir ki, ikinci məhfum lazımsızdır və birinci onu tam əvəz edə bilər. Əlbəttə, bəzi hallarda bu iddianın doğru olması mümkündür. Bu, o zaman ola bilər ki, müqayisə edilən iki məfhumun təyinatı, mahiyyəti eyni olsun. Məsələn, bir nəfər öz dostuna qələm verib təklif edir ki, yazını bu qələmlə yazsın. Dostu isə cibindən öz qələmini çıxarıb söyləyir ki, ehtiyac yoxdur, mən öz qələmimlə yazacağam; çünki mənim qələmim daha yaxşıdır. Bu misalda hər iki əşya eyni məqsədə xidmət edir, onların mahiyyəti və təyinatı eynidir. Söhbət iki oxşar məfhumdan – iki qələmdən gedir. Qeyd edək ki, burada bir əşyanın o birindən üstün olması iddiasının özü də mübahisəlidir. Əgər bu misalda adam öz qələminin daha yaxşı olduğunu söyləyirsə, o demək deyil ki, onun sözü doğrudur. Adam bu sözü qərəzlə də deyə bilər, həqiqətdən xəbərsiz olub səhv söyləməsi də mümkündür...
Amma əgər iki fərqli təyinatlı məfhum müqayisə edilirsə, bunların bir-birini əvəz etdiyini söyləmək yanlışdır. Məsələn, hansısa kitabda oxuyuruq: “İnsan üçün su çörəkdən daha vacibdir. Çünki insan çörəksiz bir neçə ay dözər, amma susuz cəmi bir neçə gün qala bilər”. Bu müqayisədə su çörəkdən daha mühüm və üstün tutuldu. Lakin su çörəyi əvəz etməyə qadir deyil. İnsan yalnız su ilə yaşaya bilməz. Baxmayaraq ki, onun həyatı üçün su daha vacibdir, amma çörəyin də zərurəti inkaredilməzdir. Kimsə suyun çörəyi əvəz edə biləcəyini söyləsə, bu fikir absurd sayılar.
Yaxud başqa bir misal çəkək. Fərz edək ki, bir şəxs “orkestrdə skripkanın səsi fleytanın səsindən daha gözəldir” iddiasını irəli sürür. Onun bu iddiası hətta doğru ola da bilər. Amma skripkanın səsi heç zaman fleytanın səsini əvəz etməyə qadir deyil. Orkestrin bir musiqini gözəl şəkildə ifa etməsi üçün hər iki musiqi alətinin səsinə ehtiyac vardır. Orkestri nə skripkasız, nə də fleytasız təsəvvür etmək mümkün deyil.
İndi isə hədislərə qayıdaq. Elm öyrənməyin və təfəkkürün ibadətdən üstün olması onların ibadəti əvəz edə bilməsi mənasını verməz. Bunların hər birinin öz yeri və öz əhəmiyyəti vardır. Elm və təfəkkür ibadətlə birləşdikdə lazımi müsbət nəticəni meydana çıxarır. Elm və təfəkkür ibadətə möhkəmlik gətirir. Bəli, elmsiz qılınan namaz Allah dərgahında savaba layiq olmaz. Amma ibadətlə, təslimiyyətlə, bəndəliklə yekunlaşmayan elmin və təfəkkürün də zərrəcə faydası yoxdur.
Məhz bu baxımdan hədislərdə yalnız elm və ibadət deyil, onların sahibləri də müqayisə edilib. Alimlər abidlərdən daha yüksək məqama layiq tutulublar. Çünki onlar özlərindən əlavə, başqalarını da irşad etməyə, ətrafdakılara yol göstərməyə qadirdirlər. Abid yalnız öz aqibətini düzəldir. Alim isə öz elmi ilə başqalarını da hidayət edib, agah ibadətə doğru yönəldir.
Qurani-Kərimin Fatihə surəsinin məşhur ayəsi də bu kontekstdən baxarkən maraqlı məna ifadə edir: “Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik”. Ayənin birinci hissəsi ibadətdən, ikinci hissəsi isə duadan söz açır. Dua təfəkkürün nəticəsidir. İnsan Allahın qüdrətini, mərhəmətini, hikmətini düşünür, əlacını Onda tapır və Onun dərgahına əl açır. Kənar yardımlardan əl üzüb Allaha bağlanır. Bu ayədə də ibadət və təfəkkür yanaşıdır. Bunların biri o birini əvəz etmir və bu iki məfhum təcrid olunmuş halda deyil.Məsumlarımızın mübarək hədisləri öz dərin məna yükü, qəlbə aramlıq verən gözəl bəyan tərzi ilə yolumuza işıq saçır. Çətinlik anında, mürəkkəb vəziyyətlərlə qarşılaşanda bu hədisləri oxuyur, onlardan mənəvi güc alır, çıxış yolunu öyrənirik. Qurani-Kərimin ayələrindən sonra məhz hədislər əsas müraciət mənbəyimiz, ümid qapımızdır.
Amma bəzi hədislər zaman-zaman bir qisim insanlar tərəfindən düzgün mənada anlaşılmamış, onlara ziddiyyətli və bəzən həqiqətə əks olan izahlar verilmişdir. Dindən sui-istifadə edən qüvvələr bu hədislərə öz istədikləri şəkildə şərh verir, öz məqsədlərini həyata keçirmək üçün müqəddəs kəlamları istismar edirlər. Bunu nəzərə alaraq hesab edirik ki, müqəddəs kəlamların həqiqi mənasını insanlara çatdırmaq, təhrifləri aradan qaldırmaq və sui-istifadələrin qarşısını almaq xüsusi əhəmiyyət daşıyan məsələlərdir.
Düzgün şəkildə təqdim edilməyən, təhrif olunan mövzulardan biri də insan həyatında ibadətin rolunu əskiltmək cəhdləri ilə bağlıdır. “İbadət etmək vacib deyil”, “bizim namazımıza Allahın ehtiyacı yoxdur”, “təki adamın ürəyi təmiz olsun”, “mən ibadətdən daha mühüm işlərlə məşğulam” məntiqi ilə çıxış edən şəxslər bu yolda hətta məsumların hədislərini də qərəzli şəkildə istismar etməkdən çəkinmirlər. Və bu zaman ən çox istinad etdikləri sübutlardan biri də “bir saat elm öyrənmək yetmiş illik ibadətdən daha üstündür” mənasını verən hədislərdir.
Qeyd edək ki, dini mətnlərimizdə elm və təfəkkürü, eləcə də, digər əməl və davranışları ibadətdən üstün dəyərləndirən xeyli hədislər mövcuddur. Doğrudur, xalq içində məşhur olmasına baxmayaraq, “bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən daha üstündür” şəklində hər hansı səhih və mötəbər hədisə mənbələrdə rast gəlmirik. Lakin bu mənaya yaxın olan başqa hədislər vardır ki, onlardan bəzilərini nümunə kimi aşağıda qeyd edirik.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur:
“Elmin fəziləti mənim üçün ibadətin fəzilətindən daha sevimlidir” (Bəsairüd-dərəcat, 3-cü cild, səh. 7).
“Az elm çox ibadətdən daha xeyirlidir” (Məhəccətül-beyza, 1-ci cild, səh. 22).
“Elm öyrənmək Allahın nəzdində namazdan, orucdan, həcdən və Allah yolunda cihad etməkdən üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1902).
“Bir saat elm öyrənmək gecə (ibadət edərək) oyaq qalmaqdan üstündür. Bir gün elm öyrənmək üç ay oruc tutmaqdan üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1903).
Bir qrup hədislərdə isə düşünmək və təfəkkürlə məşğul olmaq ibadətlə müqayisə edilir və üstünlük təfəkkürə verilir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: “Bir saat düşünmək min illik ibadətdən yaxşıdır” (Misbahüş-şəriə, səh. 114).
Hər şeydən əvvəl bunu aydınlaşdırmalıyıq ki, bu hədislərdə elm və təfəkkür deyilərkən nə nəzərdə tutulur? İbadətdən qat-qat üstün olan hansı elm və hansı düşüncədir? Öyrənilən hər elm və beyni məşğul edən hər düşüncə bura aiddirmi?
Bu sualın da cavabı hədislərdə vardır. Məsumlarımız öz kəlamlarında ibadətdən üstün dəyər verdikləri elm və təfəkkürün nədən ibarət olduğunu bəyan etmişlər.
İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyətində buyurmuşdur: “Heç bir ibadət Allahın yaratdıqları barədə düşünmək kimi (fəzilətli) ola bilməz” (Biharül-ənvar, 71-ci cild, səh. 324).
İmam Cəfər Sadiq (ə) buyurub: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə ardıcıl düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).
İmam Rzadan (ə) rəvayət edilib: “İbadət namazın və orucun çoxluğunda deyil. İbadət Allahın işləri (qüdrəti, yaratdıqları) barədə düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).
Göründüyü kimi, burada insanı Allaha doğru aparan, insanın imanını möhkəmlədən, yəqinini artıran biliklər və düşüncələr nəzərdə tutulur. İnsanı günaha sürükləyən, eləcə də, yalnız dünya ehtiyaclarına cavab verən, imanına, axirətinə fayda yetirməyən elm və təfəkkürü bura aid etmək olmaz. Allahın qüdrəti və ayətləri (nişanələri, əlamətləri) barədə düşünmək insana iradə möhkəmliyi, aramlıq gətirir, onu günahların qarşısında mətin edir, Allahdan başqa heç bir qüvvənin qarşısında əyilməyə qoymur. Diqqət yetirilməli məsələ budur ki, hədislərin hər birində düşüncənin qısamüddətli olması deyil, ardıcıl və davamlı olması şərt qoyulur. İnsan yalnız çətinliyə düşəndə, problemdən çıxış yolu axtaranda deyil, xoş vaxtlarında da Allah barədə düşünməlidir...