
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlusda (İspaniyanın cənubu) inşa edildi. Avropada isə yalnız uzun illərdən sonra kağız fabriki açıldı. 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə kağız istehsal edilməyə başladı. Məlum olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayıldığını göstərir.
TİBB
Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləminə yeniliklər gətirən “əl-Qanun” adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. “Tibbin İncili” adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur.
Bəzi tədqiqatçıların fikrincə, İbn Sina qədər qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş, bu mövzuda ilk dəfə əsər yazmışdır.
Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir. (Bəzi tədqiqatçılar mikrobun kəşfini hətta İbn Sinanın adı ilə bağlayırlar). Vərəm mikrobunu isə Kambur Vesim (vəf. 1761) tapmışdır.
İbrahim Cəssar (vəf. 1009) min il bündan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmiş, vəbanın yoluxucu xəstəlik olması barədə ilk dəfə elmi yolla İbn Xətib (1313-1374) fikir yürütmüşdür.
Gözlə bağlı tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca elm dünyasının öndəri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə məlumat verən şəxs İbn Rüşd (1126-1198) olmuşdür. XI əsrdə yaşamış məşhur göz həkimi Əli ibn İsanın yazdıqı “Təzkirə” əsəri yüzilliklər boyunca yeganə məlumat mənbəyi sayılmışdır.
Əmmar adlı müsəlman alim 9 əsr bündan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır.
Əli ibn Abbas (vəf. 994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng əməliyyatını həyata keçirmişdir, onun qələmə aldığı “Kitabül-Məliki” adlı tibb ensiklopediyası günümüz üçün də öz aktuallığını qoruyub-saxlayır.
Kiçik qan dövranını Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-Nəfis (1210-1288) kəşf etmiş, İbn Sinanın “Qanun” kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.
İlk xəstəxana 707-ci ildə Əməvilər zamanında təşkil olunmuşdu. Xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Cüzamlı xəstələrə və korlara ərzaq təsis olunmuşdu.
Müsəlman Şərqində bu səviyyədə elmi işlər aparıldığı zaman Avropada həkimi sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqibə məruz qoyurdular.
KİMYA
Kimyadan söz düşəndə hamıdan əvvəl Cabir ibn Həyyan yada düşür. O, kimya elmində qazandığı nailiyyətlər baxımından Pristli (1733-1804) və Lavuazyedən (1743-1794) də üstündür. Cordano onu dünyanın 12 dahisindən biri hesab etmişdir. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi turşuları kəşf etmişdir.
Həkimliyi qədər həm də böyük kimyagər olmuş Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir.
Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır.
Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər. Pnevmatik top Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir.
RİYAZİYYAT
Riyaziyyat sahəsində müsəlmanların xidməti danılmazdır. Bu sahədə onların qazandığı nailiyyətlər hətta müasir Avropanı da heyran royur. Məşhur Qərb alimi prof. Jak Risler belə deyir: “İntibahımızın riyaziyyat müəllimləri müsəlmanlardır”. Fransız alimi prof. E.F.Qotye isə öz heyranlığını belə ifadə edir: “Avropanın mədəni dairələri yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də müsəlmanlardan almışdır; həqiqətən, bugünkü Qərb riyaziyyatı İslam riyaziyyatının davamından başqa bir şey deyildir”.
Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “əl-Cəbr vəl-müqabilə” adlı ilk cəbr kitabını yazmışdır. Kitabın adındakı “əl-cəbr” sözü qərblilər tərəfindən təhrif olunaraq “algebra” şəklinə düşmüşdür.
Riyaziyyat sahəsində Avropaya nümunə olmuş müsəlman alim¬lərindən biri də Bəttanidir (858-929). Jak Rislerin fikrincə, fak¬tiki olaraq triqonometriya elminin əsasını da Bəttani qoymuşdur.
Sinus anlayışını kəşf edən da müsəlmanlardır. Müsəlmanlar sinusa “seyb” deyirdilər. Qərblilər bu sözü dəyişdirərək “sinus” şək¬linə saldılar.
Triqonometriyaya tangens, kotangens, sekans və kosekans anlayışlarını Əbül-Vəfa (940-998) gətirmişdir. Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi isə Nəsirəddin Tusi (1201- 1274) olmuşdur. Triqonometriyadakı dəyişən formulların kəşfi İbn Yunusa (vəf. 1009) məxsusdur.
Nyutona aid edilən binom formulunu cəbrə gətirən Ömər Xəyyam (vəf. 1123) olmuşdur.
Differensial hecab da Nyutondan əvvəl Sabit ibn Qürra (vəf. 901) tərəfindən kəşf edilmişdi. Həndəsi cəbrdən ilk dəfə istifadə edən şəxs hec də bəzilərinin qəbul etdiyi kimi Dekart (1596-1650) deyil, müsəlman alimi Sabit ibn Qürra olmuşdur.
Şpenqler (1880-1936) riyaziyyatdakı fünksiya anlayışının tamamilə Avropaya aid olduğunu, bun¬dan əvvəlki heç bir mədəniyyətdə bu mövzuya aid hər hansı işarəyə rast gəlinmədiyini yazır. Bu sahədə geniş tədqiqatlar aparmış Məhəmməd İqbal isə həmin gorüşü rədd edərək, avropalılardan bir neçə əsr öncə funksiya ideyasının Biruni tərəfindən ortaya atıldığını söyləmişdir.
Onluq kəsr sistemini tapmış, bu mövzuda əsər yazmış ilk alim Qiyasəddin Cəmşiddir (vəf. 1429). Riyazi hesabatlarda ilk dəfə vergüldən istifadə edən də o olmuşdur.
ASTRONOMİYA
Müsəlman alimləri ən çox maraqlandıran elm sahələrindən biri də astronomiyadır. İslam ölkələrinin demək olar ki, bütün böyük şəhərlərində rəsədxana var idi. Bu rəsədxanalarda müsəlmanlar əsrlər boyunca elm dünyasına yol göstərmiş dəyərli kəşf və tədqiqatlar aparırdılar. Onlar Cordano Bruno (1546-1601), Kopernik (1473-1543), Qaliley (1564-1642) kimi bir cox Qərb alimləri üçün əsil ilham mənbəyi oldular.
Paris İslam İnstitutunun sabiq professoru Jak Risler müsəlmanların Qərb intibahına təsiri barədə demişdir: “Müsəlman astronomları da riyaziyyatçı alimlər qədər intibahımıza təsir etmişlər”.
Müsəlmanlar ulduzların yerini, yüksəkliyini və aralarındakı məsafəni ölçmək üçün istifadə edilən üstürlab (astrolyabiya) adlı cihazı xeyli təkmilləşdirmiş, demək olar ki, onu yenidən yaratmışlar. Bu mövzuda ilk əsəri Maşallah (vəf. 815) yazmışdır. Zərkali (1029-1087) isə o dövr üçün ən dəqiq və əlverişli üstürlab növünü kəşf etmişdir.
Yer kürəsinin yuvarlaq formada olub fırlandığını müsəlmanlar avropalılardan çox-çox öncə bilirdilər. Biruni Yer planetinin həm öz oxu ətrafında, həm də Günəşin ətrafında dövr etdiyini sübuta yetirmişdir. O, Hindistanın Nəndənə şəhəri yaxınlığında apardığı tədqiqatlar nəticəsində Yer kürəsi səthinin sahəsini hesabladı. Onun hesabat zamanı tətbiq etdiyi üsul Avropada “Biruni qaydası” adlandırıldı.
Hələ IX-X əsrlərdə Musa qardaşları Yer kürəsinin çevrəsinin uzunluğunu ölçmüşdülər.
Fərqaninin astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs kitabı kimi tədris edilmişdir. Fərqani eyni zamanda Günəşin üzərindəki ləkələri də kəşf etmişdir.
Lalandın fikrincə, dünyanın 20 ən məşhur astronomundan biri sayılan Bəttaninin hazırladığı “Sabi cədvəlləri” adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesablamışdı.
Hökmdar olmasına rəğmən, özünü elmə həsr etmiş Uluğbəy (1394-1499) Səmərqənddə böyük bir rəsədxana tikdirərək, öz dövrünün ən böyük astronomu oldu.
“Öz əsrinin Ptolemeyi” adını qazanmış Əli Quşçi (vəf. 1474) ekliptika əyrilərinin bugünkünə çox yaxın qiymətini hesabladı (23o30’13”; müasir nəticə 23o27’-dir). Ekliptika əyrilərinin qiymətini düzgün hesablamış ilk alim isə Fərqani olmuşdur.
Bitruci (XIII əsr) planetlərin xarici mərkəzli dairələr boyunca hərəkəti barədə nəzəriyyəni alt-üst edərək Kopernikə yol açdı.
Cabir ibn Əflah (XII əsr) ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalılardan xeyli əvvəl tapdı. Alman astronomu Rejintan isə yalnız 300 ildən sonra eyni metodla buna uyğun nəticəni əldə etdi.