“Bir nömrəli hədəf bəllidir” – Putindən sərt xəbərdarlıq

Dünya

120

“Bir nömrəli hədəf bəllidir” – Putindən sərt xəbərdarlıqBütün bunlar beynəlxalq təhlükəsizlik sahəsində vəziyyəti düzəltmir, daha da pisləşdirir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Yaponiya və Cənubi Koeyada yeni raket sistemləri yerləşdirmək planı haqqında danışarkən deyib.

Pentaqonun Asiyada raket yerləşdirmək hazırlığı içərisində olduğunu qeyd edən Putin əlavə edib ki, hazırda ABŞ Yaponiya və Cənubi Koreya ilə danışıqlar aparır.

“Bu vəziyyətdə bir nömrəli hədəfin kim olacağı açıqdır. Bu, bizi məmnun etmir, çünki bu, bizi maraqlandırır. Raketlərin tam olaraq harada yerləşdiriləcəyinə baxmalıyıq. Bu raketlərin qət etdiyi məsafə deməyə əsas verir ki, onlar Rusiya torpaqlarına çatacaq. Bu mənada bütün bunlar beynəlxalq təhlükəsizlik sahəsində vəziyyəti düzəltmir, əksinə daha da gərginləşdirir”, - Putin deyib.