SON DƏQİQƏ: Əməliyyatların 3-cü günündə türk ordusuna ŞOK, F-16-lar havaya qalxdı, 342 terrorçu... - VİDEO

Dünya

113

SON DƏQİQƏ: Əməliyyatların 3-cü günündə türk ordusuna ŞOK, F-16-lar havaya qalxdı, 342 terrorçu... - VİDEOTürkiyə Silahlı Qüvvələri PKK mövqelərini bombalayıb. Həmin görüntüləri anbaan təqdim edirik:



***

15:01

“Sülh Çeşməsi” hərəkatı çərçivəsində 342 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, hərəkat planlaşdırıldığı üzrə davam edir.

Nazirlikdə oprdu generalları ilə toplantı keçirən Akar bir daha dilə gətirib ki hədəf İŞDİ, PKK/PYD-YPG başda olmaqla, terrorçuları məhv etmək, bölgədə sülh koridoru təsis edərək suriyalıların torpaqlarına geri qayıtmalarını təmin etməkdir.

***

12:29

“Sülh Çeşməsi” hərəkatını şəxsən yerindən izləyən Təhlükəsizlik və Strategiya mütəxəssisi Abdulla Ağar əməliyyat haqqında son dəqiqə açıqlamaları verib.

Publika.az xəbər verir ki, mütəxəssis İngiltərə və Fransanın qüvvələrini əməliyyat bölgəsindən geri çəkdiyini bildirib.

Həmçinin, qeyd edib ki, türk əsgərləri dinc sakinlərə qarşı həssas davranır, Suriya Milli Ordusu isə əməliyyatlarda nizamlı şəkildə iştirak edir. Onun sözlərinə görə, Mehmetçik hərəkat başladıqdan 6 saat sonra ən kritik prosesi geridə qoyub.

Yerli vaxtla 10:44-də TSQ və SMO Ras əl-Aynda YPG hədəflərini vurub. Televiziyadan canlı yayımlanan bombardmandan sonra şəhər səmasını nazik duman qatı bürüyüb.