Tramp : Çinlə danışıqlar çox yaxşı keçdi

Dünya

102

Tramp : Çinlə danışıqlar çox yaxşı keçdiMən Çinin vitse-prezidenti Lü He ilə Ağ evdə görüşəcəyəm

Vaşinqtonda start götürən ABŞ-Çin danışıqlarının ilk günü çox yaxşı keçib.

Amerika KİV-lərinə istinadla xəbər verilir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evin cənub çəmənliyində jurnalistlərin suallarına cavab verərkən deyib.

“Biz danışıqları indicə başa vurduq. Danışıqlar çox yaxşı keçdi. Daha bir gün danışıqlar aparacağıq. Mən Çinin vitse-prezidenti Lü He ilə Ağ evdə görüşəcəyəm və hər şeyin yaxşı keçəcəyini düşünürəm. Biz Çinlə çox yaxşı danışıqlar aparırıq”, - deyə ABŞ prezidenti bildirib.