ABŞ türk liderə və nazirlərə ağır zərbə hazırlayır

Dünya

34

ABŞ türk liderə və nazirlərə ağır zərbə hazırlayır08:00

ABŞ Senatında Türkiyənin Suriyada başlatdığı “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar olaraq sanksiya paketi hazırlanıb.

Axar.az xəbər verir ki, yeni qanun layihəsini respublikaçı senator Lindsi Qrehem və demokrat Kris van Hollen təqdim edib.

Sanksiyalar paketində Türkiyənin Suriyadakı əməliyyatları 90 gün ərzində dayandırmayacağı təqdirdə hərbi və ticarət sektorlarına ağır zərbələrin vurulması gərəkdiyi fikri yer alıb. Bununla yanaşı, layihədə Türkiyə ordusuna hərbi texnika satışının, eləcə də kəşfiyyat məlumatlarının verilməsinin qadağan edilməsinin vacibliyi əks olunub.

Türkiyə ilə enerji və neft məsələsində əməkdaşlıq edən xarici ölkə və qurumlara sanksiya tətbiqi də nəzərdə tutulub. CAATSA qanununun S-400-lərə görə Türkiyəyə tətbiq olunması da sanksiyalar paketində təklif edilib.

Senatorlar həmçinin Türkiyənin bir sıra şəxslərinin ABŞ sanksiyalarına məruz qalmasını istəyiblər. Onların hazırladığı sənədə Türkiyə Prezidenti, vitse-prezidenti, müdafiə naziri, xarici işlər naziri, maliyyə naziri, ticarət naziri, energetika nazirinin adı daxil edilib.

Bundan başqa, türk liderlərinə viza məhdudiyyəti tətbiq olunması istənilib.

Layihənin nə zaman səsverməyə çıxarılacağı açıqlanmayıb.