Köçəryan əməliyyat olundu

Dünya

42

Köçəryan əməliyyat olunduErmənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvandakı “İzmirlyan” tibb mərkəzində əməliyyat olunub.

Axar.az xəbər verir ki, bu barədə keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan məlumat verib.

“Bəli, əməliyyat olunub. Hər şey normaldır”, - Soqomonyan bildirib.

Qeyd edək ki, Köçəryan son 9 gündə 3 dəfə bu tibb mərkəzində müayinədən keçib.