Sizin reklam burada
Sizin reklam burada

“200 ildən çoxdur ki...” – Trampdan Türkiyəni qarışdıran etiraz

“200 ildən çoxdur ki...” – Trampdan Türkiyəni qarışdıran etirazABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimal bölgələrində hərbi əməliyyatlara razılıq verməsi açıqlamasından sonra hərbi strukturların rəhbərləri ilə görüşüb.

Ağ Evdə baş tutan toplantıda müdafiə naziri Mark Esper, Silahlı Qüvvələrin baş qərargah rəisi Mark Milley də iştirak edib.

ABŞ-ın Suriyadakı hərbi birləşmələrinin geri çəkilməsi məsələsinin müzakirə olunduğu iclasda Tramp deyib: “ABŞ Suriyada uzun müddət qaldı, halbuki əsas məqsəd İŞİD-lə qısa mübarizə idi, amma iş uzandı”.

ABŞ lideri Türkiyənin əməliyyat keçirəcəyi bölgədə 50 Amerika hərbçisinin olduğunu, onların da çəkildiyini sözlərinə əlavə edib.

Tramp çıxışında Türkiyənin kürdlərlə 200 ildən çoxdur savaşdığı kimi Ankaranın narazılığına səbəb olan ifadələrə də yer verib:

“Prezident Ərdoğana hər kəsə qarşı hörmət edəcəyinə böyük ümidimin olduğunu dedim. Başa düşünməlisiniz ki, onlar bizim birlikdə işlədiyimiz müxaliflərə qarşı savaşır. Türkiyə onlarla uzun illərdir döyüşür, biri mənə bunun yüz illər olduğunu dedi. O gün mənə dedilər ki, Türkiyə 200 ildən çoxdur kürdlərlə savaşır”.

ABŞ Prezidentinin açıqlaması Türkiyədə narazılığa səbəb olub.

  • Sosial şəbəkədə paylaş