Sizin reklam burada
Sizin reklam burada

“İlin sonunadək vaxtınız var” - Danışıqlar dayandırıldı

“İlin sonunadək vaxtınız var” - Danışıqlar dayandırıldı“ABŞ qənaətbəxş addımlar atmadıqca, bu yorucu danışıqları davam etdirməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, ötən dövr ərzində Şimali Koreya ilə aparılan danışıqlarda ABŞ tərəfinin mövqeyində heç bir dəyişiklik baş verməyib:

“Tramp administrasiyası Şimali Koreya ilə hazırlıqsız qatıldığı müzakirələri daxili siyasətdə şəxsi maraqları üçün istifadə edir”.

Şimali Koreyanın ABŞ-la danışıqlarda baş müzakirəçisi Kim Minq rəsmi Vaşinqtonun Pxenyanla razılaşmağa hazır olmadığını və buna dair bir planının olmadığını bildirb:

“ABŞ-ın danışıqlar masasına heç nə qoymaması bizi məyus etdi. Müzakirələr gözləntilərimizi doğrultmadı. İndi isə müzakirələrin davam edib-etməyəcəyinin məsuliyyəti ABŞ-dadır”.

Kim Minq rəsmi Pxenyanın Vaşinqtona ilin sonuna qədər vaxt verdiyini açıqlayıb.

  • Sosial şəbəkədə paylaş