Sizin reklam burada
Sizin reklam burada

Güney Azərbaycanda qarşıdurma: 1 nəfər həlak oldu

Güney Azərbaycanda qarşıdurma: 1 nəfər həlak olduİran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ilə silahlı kürd qruplaşması arasında qarşıdurma baş verib.

Silahlı qarşıdurma nəticəsində SEPAH-ın bir hərbçisi həyatını itirib.

Hadisə Güney Azərbaycan əyalətinin Üşnəviyyə şəhəri ətrafında baş verib.

Məlumata görə, PKK terror təşkilatının İran qolu PJAK-la qarşıdurma iranlı hərbçilərin bölgədə reyd keçirdiyi vaxt yaranıb.

Hadisə zamanı SEPAH hərbçisi İbrahim Qulami güllə yarası alaraq, həlak olub.

PJAK-çılar hadisə yerindən qaça bilib. Olaydan sonra terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

  • Sosial şəbəkədə paylaş