Putin İrəvanda Nikolla iki dəfə görüşdü

Dünya

21

Putin İrəvanda Nikolla iki dəfə görüşdüÖtən gün İrəvana səfər edən və cəmi bir neçə saatdan sonra geri qayıdan Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iki görüş baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində paylaşıb. Nikol Paşinyan qeyd edib ki, iki ölkənin liderlərinin baş tutan ikitərəfli görüşündən sonra tərəflər növbəti dəfə Zvartnots Hava Limanında bir araya gəliblər. Tərəflər arasında görüş 1,5 saat davam edib.

Paşinyan görüşdən dərhal sonra iki ölkənin münasibətlərinin pozitiv olduğunu bildirib.

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk görüşdə Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.