Sizin reklam burada
Sizin reklam burada

Pompeo bütün dünyanı İrana qarşı birləşməyə çağırdı

Pompeo bütün dünyanı İrana qarşı birləşməyə çağırdıABŞ Dövlət katibi Mayk Pompeo dünyanın bütün ölkələrini İranın Səudiyyə Ərəbistanına qarşı törətdiyi hücumu qınamağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Pompeo Tvitter hesabında yazıb.

Pompeo sözügedən addımın sülhü möhkəmləndirəcəyini və diplomatiyanın aktivləşməsinə gətirib çıxaracağını qeyd edib.

Çağırışdan əlavə Pompeo Böyük Britaniya, Fransa və Almaniyaya Səudiyyədə baş verən hücumla bağlı məsuliyyəti qəti şəkildə İranın üzərinə qoyduğu üçün təşəkkürünü bildirib.

  • Sosial şəbəkədə paylaş