Sizin reklam burada
Sizin reklam burada

Ruhani ABŞ-a yola düşdü - Yeni sülh planı təqdim ediləcək

Ruhani ABŞ-a yola düşdü - Yeni sülh planı təqdim ediləcəkİran Prezidenti Həsən Ruhani BMT-nin sessiyasında çıxışı zamanı bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində Bəsrə körfəzində təhlükəsizliyi təmin etmək üçün plan təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı sentyabrın 14-də Səudiyyənin neft müsəssisələrinə edilən hücuma görə İranı ittiham edir.

İran isə Yəmən husiləri tərəfindən vurulduğu deyilən neft müəssisələrinin Tehranla əlaqəsi olmadığını elan edir.

Prezident Ruhani rəsmi saytına verdiyi açıqlamada deyib: “BMT-də dünyaya İranın bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində və region ölkələrinin köməyi ilə Bəsrə körfəzi və Oman dənizinin təhlükəsizliyini təmin edəcək plan təqdim edəcəyik”.

İran mediası qeyd edir ki, Prezident Ruhani bu gün BMT sessiyasına qatılmaq məqsədilə ABŞ-a səfər edəcək və çərşənbə günü geri dönəcək.

  • Sosial şəbəkədə paylaş