SON DƏQİQƏ: xəstəxana və kəşfiyyat xidmətini partlatdılar - 20 ölü, 95 yaralı (YENİLƏNDİ)

Dünya

47

SON DƏQİQƏ: xəstəxana və kəşfiyyat xidmətini partlatdılar - 20 ölü, 95 yaralı (YENİLƏNDİ)Terror aktı Əfqanıstanın Zabul vilayətinin mərkəzi Kalat şəhərindəki kəşfiyyat xidməti binasının qarşısında baş verib.

Publika.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi informasiya yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməri Nəsrət Rəhimi bildirib ki, partlayışda 20-ə yaxın insan ölüb, 66 nəfər yaralanıb. Ölənlərdən iki polisdir. Ölən və yaralananların sayının artacağı gözlənilir.

Kəşfiyyat xidmətinin yaxınlığında xəstəxana yerləşdiyinə görə, yaralananlardan çoxu xəstələrini xiyarət etməyə gələn mülki şəxslərdir.

***

09:37

Əfqanıstanın cənubunda terror aktı baş verib.

Publika.az xəbər verir ki, partlayıcı quraşdırılmış avtomobilin məhv edilməsi nəticəsində 20 nəfər ölüb, 95 yaralı var.

AP xəbər agentliyinin məlumatına görə, hücumun məsuliyyətini Taliban qruplaşması öz üzərinə götürüb.