Sizin reklam burada
Sizin reklam burada

Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb

Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbTürkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdəmirlinin idarə etdiyi təyyarədə nasist Almaniyasının bayrağının olması ciddi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, nazir Pakdəmirli təyyarəni Əskişəhərdə “ Sivirhisar hava nümayişi 2019” mülki aviasiya tədbiri zamanə havaya qaldırıb.

Nazir” Ferokious Frankie” adlı P-51D mustanq model xüsusi təyyarəni idarə edib.

Amma təyyarədə 8 nasist bayrağının və simvollarının olması diqqəti çəkib.

Hadisənin böyük hay-küyə səbəb olacağını görən Aviasiya Mərkəzi Klubunun rəhbəri İsmət Erol məsələyə maraqlı formada açıqlama gətirib: “Bu təyyarə İngiltərənin sifarişi ilə ABŞ-da 12 ay müddətinə hazırlanıb. İkinci Dünya Müharibəsi zamanı 8 nasist təyyarəsini məhv edib.

İngiltərə Kral Ailəsi tərəfindən verilən qərara əsasən Frankie məhv etdiyi təyyarələrə aid bayraqları öz üzərinə vurub. Təyyarədə nasist bayraq və simvollarının olması bununla bağlıdır”.

  • Sosial şəbəkədə paylaş