Sizin reklam burada
Sizin reklam burada

“Ərəb baharı”nın vətənində xalq yenidən küçələrdə

“Ərəb baharı”nın vətənində xalq yenidən küçələrdə“Ərəb baharı”nın başlanğıc ölkəsi olan Tunisdə xalq prezident seçkilərinə gedib, daha sonra küçələrə axışıb.

Teleqraf.com xəbər verir ki, prezidentliyə 24 namizəd olub.

Lakin onların arasında cəmi iki namizəd ikinci tura çıxa bilib. Birinci turda heç bir namizəd 50+1 faiz səs toplaya bilməyib.

Namizədlərdən konstitusiya professoru Qaya Səid səslərin 19,5, Tunisi Ürəyi partiyasının lideri Nebil Karvi isə 15,5 faizini toplayıb. Məlum nəticələrdən sonra Səid və Karvinin tərəfdarları küçələrə axışaraq ikinci tura çıxmalarını qeyd ediblər.

Xatırladaq ki, “Ərəb baharı”dan sonra bu, Tunisdə ikinci seçkidir. Birinci seçkidə seçicilərin 70 faizə yaxını seçkilərə qatılıb. Bu seçkilərdə isə cəmi 50 faiz seçici seçkiyə gedib.

İkinci tura çıxan namizədlər 13 oktyabrda yenidən seçkilərə gedəcəklər.

  • Sosial şəbəkədə paylaş