Sizin reklam burada
Sizin reklam burada

Rusiyada GÜCLÜ YANĞIN: prokuror və ailəsi diri-diri yandı - VİDEO

Rusiyada GÜCLÜ YANĞIN: prokuror və ailəsi diri-diri yandı - VİDEORusiyada yaşayış binasında güclü yanğın olub.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb. İlkin məlumatda bildirilir ki, ölənlər arasında 4 uşaq da var.

Güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var. Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər.

"Yanğın zamanı Lesosibirskin prokuroru, onun ailə üzvləri və bacısının ailəsi həlak olub", - deyə hüquq-mühafizə orqanlarındakı müsahib TASS-a bildirib.

Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə olanların hamısının həlak olduğunu görüblər.

Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb.

  • Sosial şəbəkədə paylaş