İran Suriyaya neft daşıyır - İddia

Dünya

163

İran Suriyaya neft daşıyır - İddiaİngiltərədən sonra ABŞ da İrana məxsus “Adrian Dərya 1” tankerinin Suriyaya neft daşıdığı iddiasını irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin açıqlamasında İngiltərənin ortaya atdığı məlumatlar bir daha ifadə edilib.

Ağ Evin sözçüsü Morqan Ortafus ABŞ-ın iddialarını təsdiqləyib.

Təxminən 6 həftə boyunca Cəbəllütariq rəhbərliyi tərəfindən tutulan tankerin sonradan hərəkətinə icazə verilmiş, amma tankerin hara getdiyi açıqlanmamışdı.