Türkiyəyə qarşı ABŞ-ın biabırçı addımı

Dünya

43

Türkiyəyə qarşı ABŞ-ın biabırçı addımıTürkiyə və ABŞ Suriyanın şimalında qurulması planlanan təhlükəsizlik bölgəsi üzərində dördüncü müştərək hərbi hava patrulu həyata keçirib.

Fəratın qərbində baş tutan helikopter patrul xidmətindən sonra İraq və Suriyada İŞİD-lə mübarizə koalisiyasının “Xüsusi əməliyyatlar ortaq qüvvələrinin” tvitter səhifəsində qalmaqallı paylaşım edilib.

Tvitterdə paylaşılan ABŞ və türk əsgərinin olduğu helikopter görüntüsünün altına belə bir mətn yazılıb:“ABŞ liderliyindəki koalisiya NATO müttəfiqi Türkiyə ilə İŞİD-i məğlub etmək prosesində ortağı SDG arasında həll tapmağa davam edir. Bu gün ABŞ UH-60 helikopterləri türk helikopterləri ilə birlikdə təhlükəsizlik mexanizminin dördüncü uçuşunu həyata keçirib”.

PKK-nın Suriya uzantısı olan SDG-nin tvitter hesabında verilən açıqlamada isə deyilir: “Bu gün təhlükəsizlik mexanizması bölgəsində yeni Amerika-Türk ortaq uçuşu həyata keçirilib. Çərçivə razılaşmasına görə, SDG bu uçuşlardan xəbərdardır və ona razılıq verir”.