Aleksey Puşkov: “ABŞ-ın ayılmaq zamanı gəlib”

Dünya

90

Aleksey Puşkov: “ABŞ-ın ayılmaq zamanı gəlib”Rusiya Dövlət Duması Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ müdafiə naziri Mark Esperin son açıqlamlarına cavabında Türkiyənin də aralarında olduğu bir sıra ölkələri nümunə göstərərək bildirib ki, bu dövlətlər artıq ABŞ-ın şərtləri müəyyənləşdirən dövlət olmasına göz yummur.

Teleqraf.com xatırladır ki, ABŞ müdafiə naziri Esper Parisdə keçirdiyi mətbuat konfransında Rusiyanı dünyanın sabitliyinə dəstək verməyə səsləyib və ənənəvi davranışı dəyişməyin lazım olduğunu bildirib. Əlavə edib ki, Rusiya qərb dəyərlərini paylaşan normal ölkə kimi davranması çox gözəl olardı.

Aleksey Puşkov isə açıqlamasında bildirib ki, Pentaqon şefinin heç nə anlamadığı ortadadır: “Rusiya onların qoyduğu şərtlərə görə davranmağa, itaətkar bir şəkildə ABŞ-ın arxasınca getmək çağırışı edib. Ancaq artıq dünya əvvəlki kimi deyil.

Rusiya, Çin, Türkiyə və bir sıra ölkələr ABŞ-ın öz şərtlərini tətbiq etmə haqqını tanımır. Ümid edirəm ki, ABŞ-ın ayılmasının zamanı gəlib”.