İrəvan-Moskva reysində bomba təhlükəsi

Dünya

90

İrəvan-Moskva reysində bomba təhlükəsi“Sibir” aviaşirkətinin İrəvan-Moskva reysi ilə uçan təyyarəsi hava limanında 2 saatdan artıq gözlədilib.

Bu barədə Zvartnots hava limanının mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, sərnişinlərdən birinin təyyarədə bomba olmasını bildirməsi təşvişə səbəb olub və uçuşu 2 saat 20 dəqiqə ləngiyib. İnsident həll edildikdən sonra təyyarənin uçuşuna icazə verilib.