Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardı

Dünya

146

Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardı"Aşk tesadüfleri sever 2" filmində baş rolu canlandıran Nəsrin Cavadzadə ekran işinin qala gecəsinə 2 saat gecikib.

Axşam.az xəbər verir ki, filmin yaradıcı heyəti çəkilişlərin bitməsini Beykoz Kundura fabrikində təşkil edilən parti ilə qeyd ediblər. Bütün aktyorların və komandanın yer aldığı tədbirdə mətbuat konfransı da keçirilib.

Ancaq tədbir Nəsrinin 2 saat gec gəlməsinə görə gec başlayıb. Gecədə ilk çıxış etməli olan rejisor Ömer Sorak Cavadzadədən tənə ilə bəhs edib.

Aktrisa Zuhal Olcay da Nəsrinə əsəbini gizlədə bilməyib. O, mətbuat konfransından çıxıb getməklə sənətçiyə reaksiya verib. Rejisorun həyat yoldaşı İpək Sorak aktrisanı qapıda saxlayaraq, ondan geri qayıtmasını istəyib. Olcay media nümayəndələri ilə 3 dəqiqə danışdıqdan sonra gecəni tərk edib.

Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardıQeyd edək ki, filmin birinci hissəsi 2011-ci ildə çəkilib. Baş rollarını isə Mehmet Günsür və Belçim Bilgin oynayıb.