Qadın qatilin uşağını doğacaq

Dünya

95

Qadın qatilin uşağını doğacaqBu tələb səlahiyyətli şəxsləri təəccübləndirib

İngiltərədə 10 məhkuma süni mayalanma ilə uşaq sahibi olmaları üçün icazə verilib.
Xarici mətbuat xəbər verir ki, bunu örnək alan və 13 qadını öldürərək 1981-ci ildə həbs edilən 73 yaşlı Peter Sutklif süni mayalanma ilə uşaq sahibi olmaq üçün məhkəməyə baş vurub.

Bu tələb səlahiyyətli şəxsləri təəccübləndirib. Çünki uşaq sahibi olmaq istəyən şəxs ABŞ-da yaşayan, özündən 46 yaş kiçik 27 yaşlı Kristal Smit adlı bir qadın idi.

Smit ilə qatilin 1 ildir məktublaşdığı və bir-birilərini görmədikləri ortaya çıxıb.

Qatilin qurbanlarının ailələri bu tələbə sərt reaksiya verib.