Roma Papası 25 dəqiqə liftdə qaldı - Onu yanğınsöndürənlər xilas etdi

Dünya

107

Roma Papası 25 dəqiqə liftdə qaldı - Onu yanğınsöndürənlər xilas etdi82 yaşlı Papa gülümsəyərək kütlənin qarşısına çıxaraq gecikdiyi üçün üzr istəyib

Roma Papası Fransisk25 dəqiqə nasaz liftdə qalıb və ibadətə gecikib.

CNN telekanalının saytına istinadla xəbər verilir ki, Vatikanın Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan həyəcanla Pontifikin ənənəvi ibadət mərasiminə gəlməsini gözləyib.

Lakin 25 dəqiqədən sonra Apostol sarayının pəncərəsi açılıb, 82 yaşlı Papa gülümsəyərək kütlənin qarşısına çıxaraq gecikdiyi üçün üzr istəyib.

Liftdə elektrik cərəyanının gərginliyinin azalması üzündən nasazlıq baş verdiyini və saraya gələn yanğınsöndürmə briqadasının onu xilas etdiyini deyən Papa Fransisk meydana toplaşanlardan xahiş edib ki, yanğınsöndürənləri alqışlasınlar.