Torpaqlar müsadirə olunacaq – Prezident göstəriş verdi

Dünya

215

Torpaqlar müsadirə olunacaq – Prezident göstəriş verdiQazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün xalqa müraciət edərək dövlətin başqa məqsədlər üçün istifadə olunan kənd təsərrüfatına yararlı torpaqları müsadirə etməsinin vacib olduğunu açıqlayıb.

Tokayevin “Tvitter”dəki mesajında bu fikirlər qeyd olunub:

“Dövlətdən pulsuz torpaq icarəyə götürənlərin çoxu həmin torpaqlarda işləmirlər, onları ehtiyat üçün saxlayırlar. Ölkədə “latifundistlər” adlandırılan bir təbəqə yaranıb. Onlar özlərini dəhlizdəki it kimi aparırlar. İstifadə olunmayan kənd təsərrüfatı torpaqlarının müsadirə olunmasının vaxtı yetişib”.

Prezident qeyd edib ki, torpaqlar mütləq onun üzərində işləyənlərə məxsus olmalıdır.

Qasım-Jomart Tokayev bununla bağlı hökumətə və parlamentə müvafiq mexanizmlər hazırlamağı tapşırıb.