Ukraynanın yeni hökumətinin tam tərkibi - Siyahı

Dünya

224

Ukraynanın yeni hökumətinin tam tərkibi - Siyahı2019.08.29. 19:45

Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin baş naziri vəzifəsinə seçilib.
Azərtac xəbər verir ki, o, bu vəzifəyə yeganə namizəd olub. Aleksey Qonçaruk səsvermədən öncə çıxış edərək yüksək etimada görə, Prezidentə və Ali Rada deputatlarına təşəkkürünü bildirib. Qeyd edib ki, ölkə iqtisadiyyatını gücləndirmək üçün, ilk növbədə, korrupsiya halları aradan qaldırılmalıdır. Ukraynada iqtisadi islahatların aparılacağını vurğulayan A.Qonçaruk bank və kredit siyasətindən, sahibkarlığın inkişafından, makroiqtisadi göstəricilərin artırılmasından danışıb. Sonra deputatların suallarını cavablandırıb.

Daha sonra səsvermə keçirilib və Aleksey Qonçaruk böyük səs çoxluğu ilə yeni baş nazir seçilib.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.

Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, Ali Radanın ilk iclasında əvvəlki kabinet istefaya göndərilib və onun səlahiyyətlərinə xitam verilib.

***

Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.

Yeni hökumətə daxildir:

Dmitri Kuleba – Baş nazirin Avropa və Avroatlantik inteqrasiyası üzrə müavini

Mixail Fedorov – Baş nazirin rəqəmsal transformasiyası üzrə müavini

Timofey Milovanov – İqtisadiyyat, ticarət və kənd təsərrüfatı naziri

Oksana Markarova – Maliyyə naziri

Aleksey Orjel – Enerji və ətraf mühitin qorunması naziri

Vladislav Krikli – İnfrastruktur naziri

Alena Babak – Ukraynanın əraziləri və icmaları naziri

Anna Novosad – Elm və təhsil naziri

Zoryana Skaletskaya – Səhiyyə naziri

Vladimir Borodyanski – Mədəniyyət, gənclər və idman naziri

Yuliya Sokolovskaya – Sosial siyasət naziri

Arsen Avakov – Daxili işlər naziri

Oksana Kolyada – Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir

Dmitri Dubilet – Ukrayna Nazirlər Kabinetinin naziri

Denis Malyuska – Ədliyyə naziri

Qeyd edək ki, bundan öncə Vadim Pristayko Xarici İşlər naziri, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov isə Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.