Qərbin hökmranlığı sona çatır - Makrondan etiraf

Dünya

179

Qərbin hökmranlığı sona çatır - Makrondan etirafQərbin dünyada hökmranlığı dövrü geosiyasi dəyişikliklərə görə başa çatır.
Bu barədə Fransa prezidenti Emmanuel Makron respublikanın səfirlərinin iclasında çıxış edərkən bildirib.

Prezident deyib: "Dünyada Qərb hegemonluğunun sonunu görürük. Vəziyyət dəyişir. Bu, xüsusən yeni güclərin daha da güclənməsi deməkdir. Çin ön cərgəyə keçdi və Rusiya öz strategiyasında daha yaxşı işlər görür".