“Ukraynanı ABŞ məcbur etdi...” - Sabiq prezident gizlinləri açdı

Dünya

135

“Ukraynanı ABŞ məcbur etdi...” - Sabiq prezident gizlinləri açdı“Ukrayna ABŞ-n iqtisadi sanksiya təhlükəsinə görə nüvə silahından imtina etməyə məcbur oldu”.
Bu sözləri sabiq Ukrayna prezidenti Leonid Kravçuk bildirib.

Kravçukun sözlərinə görə, o zaman Ukraynada həm daxili, həm də xarici problemlər vardı: “Digər tərəfdən, iqtisadi sanksiyalarla bağlı xarici təzyiqlər, Ukraynanın böyük ordu saxlamaq üçün büdcəsinin kifayət etməməsi Kiyevin ABŞ-ın təhdidləriylə razılaşmasına gətirdi”.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Ukrayna əhəmiyyətli nüvə arsenalına yiyələndi. Nüvə arsenalı 1,7 min nüvə döyüş başlığından, 176 qitələrarası raket və 44 strateji bombardirdən ibarət idi.

1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya Budapeştdə nüvə silahının yayılmaması haqqında memorandum imzaladı. Müqaviləyə uyğun olaraq Ukraynanın ərazisində nüvə arsenalı ləğv edildi, amma nüvə dövlətləri Kiyevə təhlükəsizlik zəmanəti verməyi öhdəsinə götürdü.