Əsəd Rusiya parlamentinə müraciət etdi: “Suriyalılar gözləyir...”

Dünya

55

Əsəd Rusiya parlamentinə müraciət etdi: “Suriyalılar gözləyir...”Suriya dövlət başçısı Bəşər Əsəd Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablinə Suriyada rus dili müəllimlərinin çatışmazlığı probleminin həllinə qoşulmağı, həmçinin bu ölkədə dil mərkəzi və ya kursları açmağı təklif edib.
Bəşər Əsəd suriyalıların çox hissəsinin rus dilini öyrənmək istədiyini vurğulayıb:

“Bu, suriyalılar üçün mühüm məsələdir. Valideynlər də istəyər ki, uşaqları Rusiyada təhsili davam etdirsinlər.

Biz anlayırıq ki, Rusiya Suriyanın bütün məktəblərinə müəllim göndərə bilmir. Suriyanın bütün əyalətlərində bu dili öyrədən mərkəzlərin yaradılması məsələsinə baxmaq və ya suriyalılar üçün kurslar açmaq mümkündür”.

Suriya lideri rus dilinin öyrənilməsinin ərəb ölkələrində əhəmiyyətli problemlərin həllinə imkan yaradacağını, vahhabizm və terror ideyalarının məhvinə, barışığa gətirəcəyinə inandığını bildirib.