Atambayev Rusiyadan sığınacaq istədi? – Zaxarova

Dünya

198

Atambayev Rusiyadan sığınacaq istədi? – ZaxarovaRusiya Xarici İşlər Nazirliyi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova “Exo Moskvı”ya açıqlamasında Rusiya XİN-in vəziyyətlə bağlı bütün tərəflərin sağlam düşüncə və məsuliyyətlə davranacağına ümid etdiyini bildirib.

Bununla belə, M.Zaxarova baş verənləri Qırğızıstanın daxili işi adlandırıb: “Bu, ölkənin daxili işidir, bir qədər sonra Moskva tərəfindən daha dərin qiymətləndirmə veriləcək”.

Rusiya XİN-in rəsmi nümayəndəsi A.Atambayev tərəfindən onun Rusiyaya mümkün gəlişi ilə bağlı hər hansı informasiyaya malik olmadığını da vurğulayıb.

“Məndə kiminsə müraciət etməsinə dair informasiya yoxdur”, – deyə M.Zaxarova A.Atambayevin Rusiyadan sığınacaq istəməklə bağlı müraciət edib-etməməsinə dair sualı cavablandırarkən deyib.