ABŞ-dan raket həmləsi: Çin təhdid etdi

Dünya

113

ABŞ-dan raket həmləsi: Çin təhdid etdiÇin ABŞ-ın Asiya-Sakit okean regionuna orta mənzilli yerüstü raketlər yerləşdirmək barədə planlarından narahatdır.

Bunu Çin Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət Departamentinin direktoru Fu Çun deyib. Onun sözlərinə görə, əgər ABŞ bu planlarını reallaşdırsa, Pekin cavab tədbirləri görməli olacaq:

“Çin bir küncə çəkilib, sakit durmayacaq. Biz ABŞ-ın Asiya-Sakit okean regionuna orta mənzilli yerüstü raketlər yerləşdirməsinə görə adekvat addımlar atmaq məcburiyyətində qalacağıq”.