Pxenyan təhdid etdi: ABŞ ağır bədəl ödəyəcək

Dünya

134

Pxenyan təhdid etdi: ABŞ ağır bədəl ödəyəcəkŞimali Koreya ABŞ və Cənubi Koreyanı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi informasiya yayıb.

Şimali Koreya rəhbərliyi ABŞ-la Cənubi Koreyanın birgə təlimlərinin davam edəcəyi halda ölkənin yeni yollar axtaracağını deyib:

“Birmənalı xəbərdarlıqlarımıza baxmayaraq, ABŞ və Cənubi Koreya Şimali Koreyaya hədəflənmiş birgə hərbi təlimlərə başlayıb”.

Pxenyan hər şeyə rəğmən, dialoqa sadiq qaldığını, lakin sözügedən fəaliyyətlər fonunda cavab addımları atacağını qeyd edib:

“Əgər ABŞ və Cənubi Koreya Şimali Koreyanın xəbərdarlığına məhəl qoymasa, Pxenyan onları ağır bədəl ödəməyə məcbur edəcək”.