Hindistanda dəhşət - 3 yaşlı uşağa təcavüz edib başını kəsdilər

Dünya

100

Hindistanda dəhşət - 3 yaşlı uşağa təcavüz edib başını kəsdilər Hindistanın Jharkhand əyalətinə bağlı Jamshedpur şəhərindəki Tatanagar dəmiryolu vağzalında 3 yaşlı qız oğurlanaraq cinsi təcavüzə məruz qalıb və sonra başı kəsilərək qətlə yetirilib.

Qadının vağzalda yatmasından istifadə edən üç cani azyaşlını oğurlayıblar. Qadın oyanandan sonra qızının itməsilə bağlı polisə məlumat verib.

Polis öncə qadının keçmiş ərindən şübhələnib. Kamera görüntülərinə baxış zamanı uşağın başqaları tərəfindən oğurlandığı məlum olub. Bir neçə gün sonra azyaşlının başsız bədəni polis bölməsinin yaxınlığında tapılıb. Canilər yaxalanıb. Onlardan biri daha öncə də uşaq oğurladığı üçün məhkum həyatı yaşayıb.

Uşağın qaçırılmasında canilərə qadının yanında olan sevgilisinin də köməklik göstərdiyi bildirilir.

Canilər polisə ifadəsində uşağı ağladığı üçün öldürdüklərini bildiriblər.