Sizin reklam burada
Sizin reklam burada

Tiflis larinin niyə “öldüyünü” açıqladı

Tiflis larinin niyə “öldüyünü” açıqladıLari fundamental faktorların çox güclü olması ucbatından dəyər itirib.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze söyləyib.

“May və iyun ayları turizm gəlirləri baxımdan ən yaxşı dönəm idi. Turizm sektorundan böyük gəlirlərin olacağı gözlənilirdi. Təəssüf ki, baş verən hadisələrə görə bu reallaşmadı. Amma bu, yeganə faktor deyil”, - o bildirib.

Qeyd edək ki, Rusiya ilə münasibətlərin pisləşməsindən dərhal sonra lari dəyər itirməyə başlayıb. Hazırda dollara münasibətdə Gürcüstanın milli valyutası 2,96 lari təşkil edir ki, bu da yerli valyuta üçün antirekord sayılır.

  • Sosial şəbəkədə paylaş