Boris Conson sürətlə başladı: 6 nazir işdən çıxarıldı

Dünya

289

Boris Conson sürətlə başladı: 6 nazir işdən çıxarıldıİngiltərənin yeni baş naziri Boris Conson fəaliyyətə başlayıb.

Tereza Meyin istefasından sonra dünən keçirilən Mühafizəkarlar Partiyasına sədi seçkilərində qələbə qazanan Conson eyni zamanda Böyük Britaniyanın yeni baş naziri postuna da sahiblənib.

Bukinqem Sarayına dəvət edilən Consona Kraliça II Yelizaveta tərəfindən hökuməti qurmaq səlahiyyəti verilib.

Boris Consonun partiya sədri seçilməsindən dərhal sonra maliyyə naziri Filip Hammond və xarici işlər naziri Ceremi Hunt daxil olmaqla səkkiz nazir istefa verdiyini elan edib. Boris Conson isə 6 naziri vəzifəsən azad edib.

Daxili işlər naziri postuna Priti Patel, Xarici işlər naziri vəzifəsinə isə Dominik Raab gətirilib. Conson hökumətinin maliyyə naziri postu isə Pakistan əsilli Sajid Cavidə verilib. Müdafiə naziri vəzifəsinə Ben Vallec təyin edilib.