"Yavru vətən"dən kəskin çıxış: Türkiyəyə güvənib...

Dünya

62

"Yavru vətən"dən kəskin çıxış: Türkiyəyə güvənib...Bu regionda hakimiyyətimizi və iddialarımızı güclü Türkiyəmizin dəstəyi ilə dünyaya bəyan etmək, buna görə mövqe tutmaq və cümhuriyyətimizi gücləndirmək ən böyük hədəfimizdir.

Bu sözləri Şimali Kipr Türk Respublikasının (ŞKTC) Baş naziri Ersin Tatar deyib.

“ŞKTC və Türkiyə olaraq Şərqi Aralıq dənizindəki investisiyaları və gəmilərimizlə hakimiyyətimizi və bu regiondakı nüfuzumuzu hayqıraraq dünyaya çatdırırıq. Olduqca dəyərli regionda yaşayırıq. Bu dəyərlərə sahib çıxmalıyıq. ŞKTC daha da güclənəcək”, - deyə Tatar bildirib.

Qeyd edək ki, bu günlərdə Kipr sülh hərəkatının 45 illiyi qeyd edilib.